...

Azərbaycan nefti bahalaşmaqda davam edir

Energetika Materials 2 Oktyabr 2018 23:08 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 85,94 dollar/barel təşkil edib
Azərbaycan nefti bahalaşmaqda davam edir

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 85,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,16 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 85,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 1-də 82,26 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 1-də 84,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,04 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti