...

İtaliyanın yeni hökuməti TAP-ın tikintisinə “yaşıl işıq” verdi

Energetika Materials 27 Oktyabr 2018 08:29 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın baş naziri Cuzeppe Konte son qərarı qəbul edərək, İtaliya tərəfindən Transadriatik boru kəmərinin (TAP) tikintisinə “yaşıl işıq” verib. Bu barədə Trend “Reuters” agentliyinə istinadən xəbər verir.

Konte bildirib: “Əvvəlki hökumət tərəfindən planlaşdırılan və özündə müqavilə öhdəlikləri daşıyan bu layihəyə qarışmaq daha mümkün deyil”.

Nazirin sözlərinə görə, qaz kəmərinin tikintisinə maneçilik İtaliyaya "onlarla milyard avroya" başa gələ bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti