...

Bolqarıstan Enerji Nazirliyi: IGB-nin tikintisi dönməz prosesdir

Energetika Materials 26 Noyabr 2018 20:46 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan birləşdirici interkonnektorunun (IGB) tikintisi dönməz bir prosesdir.

Trend-in məlumatına görə, bunu "Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi riskləri və perspektivləri" mövzusunda dəyirmi masa zamanı Bolqarıstanın enerji naziri Temenujka Petkova bildirib.

Nazirin sözlərinə görə, İGB-nin tikintisi geriyə dönməz prosesdir, layihə üzrə bütün əsas dövlət satınalmaları başlanıb.

T.Petkova bildirib ki, bu layihə təkcə Bolqarıstan üçün deyil, bütün region üçün təbii qaz təchizatı mənbələrinin diversifikasiyasında böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, IGB kəməri "Şahdəniz" yatağından Avropa bazarlarına qazın nəql olunacağı TAP boru kəmərinə qoşulacaq, bununla da Bolqarıstanın Azərbaycan qazı almasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti