Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 63,03 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,1 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 61,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 27-də 57,56 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,12 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 27-də 59,38 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.