Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 62,19 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,82 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 60,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,84 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 13-də 57,51 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,39 dollar/barel azdır
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 13-də 59,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel azdır.