Bakı. Trend:
2019-cu ilin I rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 636 müraciətə baxılıb.
Energetika Nazirlyindən Trend-ə verilən məlumata görə, yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevral ayı üzrə 261, mart ayı üzrə isə 148 olub.
Rüb ərzində qəbul edilmiş müraciətlərdən 614-nün icrası təmin edilib, 22 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.
Bu dövrdə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 9858,4 kVt güc sifariş edilib və 1779318,52 AZN qoşulma haqqı ödənilib.
Bütün müraciətlər 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar tərəfindən qəbul edilib və icra olunub.