...

2020-ci ildə Azərbaycan qazının Bolqarıstana nəqli üzrə planlar açıqlanıb

Energetika Materials 14 Yanvar 2020 10:40 (UTC +04:00)
Yunanıstan-Bolqarıstan interkonnektorunun podratçısı Yunanıstanın AVAX SA şirkəti layihənin reallaşdırılması zamanı yaranan istənilən ləngimənin qarşısını alacaq
2020-ci ildə Azərbaycan qazının Bolqarıstana nəqli üzrə planlar açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) layihələndirilməsi, tikintisi və satınalmalar üzrə podratçısı olan Yunanıstanın AVAX SA şirkəti layihənin reallaşdırılması zamanı yaranan istənilən ləngimənin qarşısını alacaq.

Trend bu barədə Bolqarıstanın Energetika Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, IGB-nin tikintisinin gedişatı Bolqarıstanın Energetika naziri Temenujka Petrova, eləcə də ICGB AD və AVAX SA şirkətlərinin nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

AVAX SA şirkətlərinin nümayəndəsi bildirib ki, interkonnektorun tikintisi yüksək standartlara uyğun davam edir və müqavilədə qeyd edilən vaxtda başa çatacaq: “2020-ci il yanvarın sonunadək Bolqarıstan və Yunanıstan ərazilərində boru kəmərinin bütün marşrutu boyunca işçi sahələrdə müvəqqəti qurğuların tikintisi başa çatmalıdır”.

Podratçı qeyd edib ki, tikinti cədvəlinə uyğun olaraq boruların mərhələli tədarük planı hazırlanır və onların saxlanması üçün müvəqqəti sahələr ayrılır.

Nazir T. Petkova bildirib ki, IGB təkcə Yunanıstan və Bolqarıstan üçün deyil, həm də bütün Cənub-Şərqi Avropa üçün strateji layihədir. Onun sözlərinə görə, layihə qaz təchizatı mənbələrini şaxələndirməyə imkan verəcək.

T.Petkova vurğulayıb ki, Energetika Nazirliyi layihənin vaxtında, Trans-Adriatik Boru Kəməri (TAP) ilə eyni vaxtda başa çatması üçün kömək göstərməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti