...

Energetika Nazirliyi 2020-ci ilin I rübündə Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb

Energetika Materials 8 Aprel 2020 11:45 (UTC +04:00)
2020-ci ilin I rübündə respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 175,1 mln. kVt·st (2,57%) artaraq, 6 967,7 mln. kVt·st olub.
Energetika Nazirliyi 2020-ci ilin I rübündə Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb

Bakı. Trend:

2020-ci ilin I rübündə respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 175,1 mln. kVt·st (2,57%) artaraq, 6 967,7 mln. kVt·st olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, hesabat dövründə ötən ilin I rübünə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 257,3 mln. kVt·st artaraq 6657,6 mln. kVt·st, SES-lərdə 83,0 mln. kVt·st azalaraq 220,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTZ) üzrə isə 0,9 mln. kVt·st artaraq 89,7 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 24,9 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 9,1 mln. kVt·st, Bərk məişət tullantılarının yandırılması zavodunda 55,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2020-ci ilin I rübündə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 295,6 mln. kVts (İES-lərdə 6099,8 mln. kVt·st, SES-lərdə 195,8 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 83,6 mln. kVts (İES-lərdə 54,7 mln. kVt·st, SES-lərdə 21,2 mln. kVt·st, Günəş ES-də 7,7 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 588,5 mln. kVt·st təşkil edib.

2020-ci ilin I rübü ərzində elektrik enerjisinin ixracı 483,2 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 29,9 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı 27,0 mln. kVt·st olmaqla, ötən ilin I rübünə nisbətən 14,0 mln. kVt·st azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti