Bakı. Orxan Nəbiyev - Trend:
Ötən il neft hasilatı ilə bağlı OPEC+ sazişinin imzalanması dünya neft bazarını xilas etdi.
Trend-in məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
Nazir müavini bildirib ki, OPEC+ formatı öz aktuallığını itirməyib:
"Bu format neft bazarına inam verir və tələb-təklif balansını qorumağa imkan yaradır. Əgər OPEC+ öz aktuallığını itirsəydi, o, bu gün işləməzdi".
A.Novak əlavə edib ki, neft hasilatının azaldılması ilə bağlı hazırkı OPEC+ sazişi 2022-ci ilin mayınadək qüvvədədir.
Qeyd edək ki, bu gün OPEC+ ölkələrinin növbəti iclası keçiriləcək.