...

BP "Şahdəniz" yatağından qaz və kondensat hasilatını artırıb

Energetika Materials 4 Fevral 2021 13:08 (UTC +04:00)
BP "Şahdəniz" yatağından qaz və kondensat hasilatını artırıb

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

2020-ci ildə "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil edilib.

Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə yataqdan 16,8 milyard standart kubmetr qaz və 3,5 milyon ton (28,6 milyon barel) kondensat hasil edilib

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

"Şahdəniz" layihəsinin səhmdarları: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

Xəbər lenti

Xəbər lenti