...

"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"

Energetika Materials 5 Mart 2021 11:16 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin xarici valyutada zəmanətsiz uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiq edib.

Trend bu barədə agentliyə istinadən məlumat verir.

Bu reytinq "Cənub Qaz Dəhlizi"nin 2026-cı ilə qədər dövriyyədə olacaq 2 milyard dollar məbləğində avrobondları üzrə qiymətləndirməni özündə əks etdirir.

"Fitch" hesab edir ki, şirkətin istiqrazları Azərbaycan tərəfindən təmin olunub:

"Şirkət rəhbərliyinin proqnozlarına əsasən, bütün layihələr istismara verildiyi üçün, "Cənub Qaz Dəhlizi" QSC-nin 2021-ci ildə maliyyə vəsaitlərində ehtiyacı "Şahdəniz", Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP, eləcə də toplanmış vəsait hesabına qarşılanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti