...

BP-nin BTC üzrə əməliyyat xərcləri 40 milyon dolları ötüb

Energetika Materials 29 Aprel 2021 19:21 (UTC +04:00)
BP-nin BTC üzrə əməliyyat xərcləri 40 milyon dolları ötüb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin birinci rübündə BP-nin Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) üzrə əməliyyat xərclərinə 41 milyon dollardan artıq, əsaslı xərclərə isə 6 milyon dollardan artıq xərclənib.

Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Ceyhan terminalında rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 6,7 milyon tondan artıq (təqribən 51 milyon barel) xam neft və kondensat 70 tankerə yüklənib və yola salınıb.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 482 milyon ton (3,62 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4729 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti