...

Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü artıb

Energetika Materials 29 Aprel 2021 20:23 (UTC +04:00)
Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü artıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin birinci rübündə Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü 50,74 milyon kubmetr olub.

Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

2020-ci ilin birinci rübündə bu göstərici 33,6 milyon kubmetrə bərabər idi.

İlin birinci rübündə Cənubi Qafqaz boru kəmərinin əməliyyat xərcləri 13 milyon dollardan artıq, əsaslı xərclər isə 2 milyon dollardan artıq olub.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti