...

Azərbaycan nefti ucuzlaşır

Energetika Materials 8 May 2021 10:37 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 6-da 68,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,8 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti