...

"Cənub Qaz Dəhlizi" QSC ötən il 13 milyon dollardan çox mənfəət əldə edib

Energetika Materials 2 İyul 2021 18:30 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" QSC ötən il 13 milyon dollardan çox mənfəət əldə edib

Bakı. Ləman Zeynalova - Trend:

"Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə 13,072 milyon dollar xalis mənfəət əldə edib.

Trend bu barədə şirkətin maliyyə hesabatına istinadən məlumat verir.

Qeyd edək ki, 2019-cu ildə şirkət 280,751 milyon dollar məbləğində itkilərlə üzləşmişdi.

Ötən il şirkətin gəliri 861,551 milyon dollar (2019-cu ildə 452,61 milyon dollar) təşkil edib, ümumi mənfəət isə 205,335 milyon dollardan 566,017 milyon dollaradək artıb.

Hesabat dövründə "Cənub Qaz Dəhlizi" QSC satışların maya dəyərini 247,275 milyon dollardan 295,534 milyon dollaradək yüksəldib. Şirkət 2020-ci ildə 363,738 milyon dollar (2019-cu ildə 127,268 milyon dollar) əməliyyat mənfəəti əldə edib. Faiz gəlirləri isə 44,642 milyon dollardan 37,638 milyon dollaradək azalıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti