...

Türkiyə dünyada qaz hasilat güclərinin artırılması drayverlərindən birinə çevriləcək

Energetika Materials 10 Sentyabr 2021 21:00 (UTC +04:00)
Türkiyə dünyada qaz hasilat güclərinin artırılması drayverlərindən birinə çevriləcək

Bakı. Trend:

2021-ci ildən 2025-ci ilədək Türkiyə Rusiya və Çinlə yanaşı, dünyada qaz hasilat güclərinin artırılmasının üç əsas drayverlərindən biri olacaq.

Trend bu barədə "GlobalData" analitika şirkətinin proqnozlarına istinadən məlumat verir.

Şirkətin hesablamalarına əsasən, qeyd olunan müddət ərzində bu ölkələrin dünya qaz hasilatı güclərinin artımına ümumi töhfəsi 54 faiz təşkil edəcək.

"GlobalData"nın neft-qaz məsələləri üzrə analitiki Bharaqvi Qandham qeyd edib ki, Rusiya, Çin və Türkiyə qlobal qaz hasilatına müvafiq olaraq 634 milyard, 473 milyard və 372 milyard kubfut qaz əlavə edəcək.

Qeyd edək ki, son illərdə Türkiyə öz sahillərində neft və qaz kəşfiyyatını genişləndirib. Ötən il türkiyəli mütəxəssislər Sakarya yatağındakı "Tuna-1" quyusunda 405 milyard kubmetr qaz ehtiyatı kəşf etmişdi. Bu, Qara dənizdə tapılan ən iri qaz ehtiyatı olub. Hazırda Türkiyə hər il istehlak etdiyi 50 milyard kubmetrin demək olar ki, hamısını idxal edir. Rəsmi proqnozlara əsasən, daxili hasilat ölkədə qaza tələbatı 2030-cu ilədək 60 faiz, 80 milyard kubmetrədək artıracaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti