...

OPEC Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı proqnozu açıqlayıb

Energetika Materials 13 Oktyabr 2021 20:51 (UTC +04:00)
OPEC Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı proqnozu açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 0,02 milyon barel/sutka artaraq orta hesabla 0,75 milyon barel/sutka təşkil edəcək.

Trend bu barədə OPEC-in hesabatına istinadən məlumat verir.

Eyni zamanda, 2022-ci ildə proqnozlara əsasən, hasilat 0,07 milyon barel artaraq 0,82 milyon barel/sutkaya bərabər olacaq: "2021-ci ilin avqust ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,03 milyon barel artaraq 0,72 milyon barel/sutka təşkil edib. Əvvəlki ayla müqayisədə isə hasilat 0,02 milyon barel/sutka azalıb. Ümumilikdə, neft hasilatı iyul ayı ilə müqayisədə 11 min barel/sutka azalaraq orta hesabla 596 min barel/sutka təşkil edib. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun "Çıraq" platformasında 25 günlük texniki xidmət proqramı sentyabrın 23-də başlayıb. "bp"nin məlumatlarına əsasən, "Çıraq" yatağında hasilat bu ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz, 30 min barel/sutkayadək azalıb. Eyni zamanda, AÇG yatağında "Azeri Light" markalı neftin hasilatı 6 faiz azalaraq 468 min barel/sutka təşkil edib".

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti