...

Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir

Energetika Materials 20 Oktyabr 2021 15:00 (UTC +04:00)
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir

Bakı. Trend:

Hədəfimiz ölkəmizin ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını hazırkı 17,3%-dən 2025-ci ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaqdır.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı məqaləsində deyib.

Nazir qeyd edib ki, bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını “ACWA Power” və “Masdar” kimi tərəfdaşlarımızla artıq reallaşdırırıq:

"Hər iki layihə üzrə müəyyənləşdirilmiş ərazilərdə ölçü-müşahidə, topoqrafiya işləri, mühəndis-geoloji, həmçinin ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar başa çatdırılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və aidiyyəti qurumlarla birlikdə elektrik stansiyalarının investorlar tərəfindən inşasına başlanması üçün əlaqəli məsələlər üzrə işlər davam etdirilir. Ümumi investisiya dəyəri 500 milyon dollar olan bu layihələrin reallaşması nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti