...

Serbiya baş nazirinin müavini Azərbaycana gələcək

Energetika 24 Yanvar 2022 19:54 (UTC +04:00)
Serbiya baş nazirinin müavini Azərbaycana gələcək

Bakı. Ləman Zeynalova - Trend:

Serbiya baş nazirinin müavini, energetika və mədən sənayesi naziri Zorana Mihayloviç fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Serbiyanın Energetika və Mədən Sənayesi Nazirliyindən bildiriblər.

"Serbiya nümayəndə heyətinin tərkibinə həm də dövlət katibi və nazirin köməkçisi daxil olacaq", nazirlikdən deyiblər.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.

2015-ci ildən etibarən hər il fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti