...

"Fitch" "Cənub Qaz Dəhlizi" QSC-nin istiqrazlarının reytinqini "BB+" səviyyəsində təsdiq edib

Energetika Materials 7 Fevral 2022 16:03 (UTC +04:00)
"Fitch" "Cənub Qaz Dəhlizi" QSC-nin istiqrazlarının reytinqini "BB+" səviyyəsində təsdiq edib

Bakı. Ləman Zeynalova - Trend:

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin xarici valyutada uzunmüddətli avroistiqrazlar reytinqini "BB+" səviyyəsində təsdiq edib.

Trend bu barədə agentliyə istinadən məlumat verir.

Reytinqin təsdiq olunması agentliyin "Cənub Qaz Dəhlizi"nin 2026-cı ilə qədər dövriyyədə olacaq və Azərbaycan hökuməti tərəfindən zəmanət verilən 2 milyard dollar məbləğində avroistiqrazları üzrə sabit rəyini özündə əks etdirir.

"Fitch" qeyd edir ki, Azərbaycan 2016-2020-ci illər dövlət büdcəsində zəmanətlərin icrası üçün ehtiyatları nəzərdə tutub və bu tendensiyanın 2021-ci ildə davam edəcəyi gözlənilir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti