...

“Azərenerji”nin elektrik stansiyaları istehsalı artırıb

Energetika Materials 15 Fevral 2022 14:22 (UTC +04:00)
“Azərenerji”nin elektrik stansiyaları istehsalı artırıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ildə “Azərenerji” ASC-nin elektrik stansiyaları 25,037 milyard kilovatt-saat, o cümlədən istilik elektrik stansiyalarında 23,904 milyard kilovatt-saat, su elektrik stansiyalarında 1,133 milyard kilovatt-saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, “Azərenerji”nin elektrik stansiyaları 2020-ci illə müqayisədə elektrik enerjisi istehsalını 8,7 faiz artırıb.

Hesabata əsasən, 2021-ci ildə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 451 milyon kilovatt-saat (İES-lərdə 269,5 mln. kVt·st, SESlərdə 130,3 mln. kVt·st, Günəş ES-də 51,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 2,3 milyard kVt·st telektrik enerjisi istehsal edilib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti