...

Azərbaycan elektrik enerjisi ixracını 30 faizdən çox artırıb

Energetika Materials 15 Fevral 2022 18:04 (UTC +04:00)
Azərbaycan elektrik enerjisi ixracını 30 faizdən çox artırıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci il ərzində Azərbaycan 1,673 milyard kilovatt-saat elektrik enerjisi ixrac edib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat veriblər.

Bu göstərici 2020-ci illə müqayisədə 31,23 faiz artıb.

Eyni zamanda, Azərbaycan ötən il 151,6 milyon kilovatt-saat elektrik enerjisi idxal edib ki, bu da 2020-ci illə müqayisədə 9,96 faiz çoxdur.

Hesabat dövründə ixrac olunan elektrik enerjisinin 257,5 milyon kilovatt-saatı İranın, 720,6 milyon kilovatt-saatı Türkiyənin, 95,2 milyon kilovatt-saatı Rusiyanın, 600,1 milyon kilovatt-saatı Gürcüstanın payına düşüb.

İdxal olunan elektrik enerjisinin isə 31,9 milyon kilovatt-saatı İranın, 95,1 milyon kilovatt-saatı Rusiyanın, 24,6 milyon kilovatt-saatı Gürcüstanın payına düşüb.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti