Bakı. Trend:
2022-ci ilin sonunadək Trans-Anadolu boru kəməri (TANAP) ilə ümumilikdə 16,2 milyard kubmetr təbii qaz nəql etmək planlaşdırılır.
Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransı zamanı Trend-in sualını cavablandırarkən deyib.
O qeyd edib ki, TANAP-ın istismara verilməsindən 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə 14,5 milyard kubmetr, Avropaya isə 9 milyard kubmetr təbii qaz tədarük edilib.
Onun sözlərinə görə, TANAP buraxılış gücünün 100 faizinə çatıb.