...

Azərbaycan Avropaya qaz tədarükünün artırılması üzrə planlarını açıqlayıb

Energetika Materials 2 Mart 2022 10:31 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan 2022-ci ilin sonunadək Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Orxan Zeynalov "Asia Times" nəşrinə açıqlamasında deyib.

"2021-ci ildə biz Avropaya 8,2 milyard kubmetr təbii qaz ixrac etmişik. Bu il biz həmin göstəricini 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. 2023-cü ildə isə Azərbaycanın Avropa ölkələrinə 11 milyard kubmetr qaz tədarük etməsi gözlənilir", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji mənbələrindən daha çox elektrik enerjisi istehsal edildikcə, daha çox qaz ixracı mümkün olacaq.

Departament rəhbəri bildirib ki, Azərbaycan 2030-cu ilədək enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı planlaşdırır.

"Biz Avropanın enerji təhlükəsizliyində vacib rol oynamaq istəyirik, amma eyni zamanda bazarda kiminsə yerini tutmağa çalışmırıq", - O.Zeyanlov deyib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti