...

AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

Energetika Materials 4 Mart 2022 10:28 (UTC +04:00)
AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

Bakı. Trend:

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağından əldə olunan gəlirlər açıqlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan Trend-ə bildirilib ki, 2001-ci ildən 1 mart 2022-ci il tarixinə qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 156 680 mln. dollar olub.

Bu ilin ilk iki ayında isə AÇG yatağından 1 307 mln. dollar gəlir götürülüb.

2007-ci ildən 1 mart 2022-ci il tarixinə qədər Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 779 mln. dollar, bu ilin ilk iki ayında isə 227,557 mln. dollar olub.

O cümlədən, bu il Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 22,172 mln. dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti