...

Qaradağ Günəş Elektrik Stansiyası 700 iş yerinin yaradılmasına xidmət edəcək - Pərviz Şahbazov

Energetika Materials 15 Mart 2022 13:27 (UTC +04:00)
Qaradağ Günəş Elektrik Stansiyası 700 iş yerinin yaradılmasına xidmət edəcək - Pərviz Şahbazov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

230 meqavatt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi 700 iş yerinin yaradılmasına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, elektrik stansiyasının tam işə düşməsindən sonra əlavə 25-30 iş yeri də yaradıla bilər.

Qeyd edək ki, Qaradağ Günəş Elektrik Stansiyasının tikintisini 2022-ci ilin sonunadək bitirmək planlaşdırılır. Bu layihənin reallaşdırılması 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti