...

Qaradağ GES ildə 500 milyon kilovatt/saat enerji istehsal edəcək - Agentlik rəhbəri

Energetika Materials 16 Mart 2022 11:58 (UTC +04:00)
Qaradağ GES ildə 500 milyon kilovatt/saat enerji istehsal edəcək - Agentlik rəhbəri
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyası (GES) ildə 500 milyon kilovatt/saat elektrik enerjisi istehsal edəcək.

Trend-in məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.

Onun sözlərinə görə, bu elektrik stansiyasının tikintisi qaz istehlakını 110 milyon kubmetr azaltmağa imkan verəcək.

"Bundan başqa, stansiya ildə tullantıların həcmini 200 min tonadək azaltmağa imkan verəcək. İlkin mərhələdə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi 700 iş yerinin yaradılmasına xidmət edəcək. Stansiya yüksək texnologiyalar əsasında inşa olunacağı üçün əlavə olaraq 30-a yaxın iş yeri də açıla bilər".

T.Əmmayev əlavə edib ki, bu stansiya ərazisində istehsal olunan elektrik enerjisi Azərbaycanın ümumi enerji balansına daxil ediləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti