Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 31-də 112,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,82 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 111,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,9 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,97 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 110,09 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 5,85 dollar/barel azdır.
(Tərcümə: Orxan Nəbiyev)