...

Azərbaycan günəş enerjisində böyük potensiala malikdir – bp

Energetika Materials 4 İyun 2022 13:52 (UTC +04:00)
Azərbaycan günəş enerjisində böyük potensiala malikdir – bp
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

bp 2050-ci ilədək sıfır tullantı səviyyəsinə çatmaq niyyətindədir və bu məsələdə Azərbaycana kömək edəcək.

Trend-in müxbiri xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiya zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bu baxımdan böyük potensiala malikdir.

"Azərbaycan təkcə dayanıqlı neft-qaz sektoruna deyil, həm də nəhəng günəş, külək, su enerjisi potensialına malikdir. Azərbaycan bəlkdə də günəş enerjisində ən böyük potensiala malikdir. Biz bu ehtiyatlardan daha keyfiyyətli istifadə etmək üçün səylərimizi birləşdirməliyik", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti