...

Türkmənistan və Azərbaycan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir - Səfir (FOTO)

Energetika Materials 7 İyun 2022 16:28 (UTC +04:00)
Türkmənistan və Azərbaycan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir - Səfir (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistan və Azərbaycan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, "Dostluq" yatağı üzrə razılaşmalar əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

"Biz gözləyirik ki, bu layihə Trans-Xəzər qaz xətti layihəsinin icrasına böyük təkan verəcək", - səfir deyib.

O qeyd edib ki, bu yolla Türkmənistan qazı Avropa bazarına çata bilər, bu isə ölkənin enerji sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti