...

Azərbaycan qazını nəql edəcək IGB interkonnektorunun işə düşəcəyi vaxt açıqlanıb

Energetika Materials 14 İyun 2022 14:02 (UTC +04:00)
Azərbaycan qazını nəql edəcək IGB interkonnektorunun işə düşəcəyi vaxt açıqlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının Bolqarıstana tədarükü iyulda başlaya bilər.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın baş naziri Kiril Petkov deyib.

"Ümid edirəm ki, bizim növbəti böyük qələbəmiz iyul ayında Yunanıstanla qaz kəmərinin açılışı olacaq. Azərbaycan qazı bu xətt vasitəsilə nəql olunacaq. Mən tədarük həcmlərinin təsdiq olunması üçün bu həftə Bakıda olacağam. Tezliklə, bir milyard kubmetr qazın nəqli nəzərdə tutulur. İyul-avqust aylarında həmin həcmin Bolqarıstana bazar qiymətindən daha ucuz daxil olacağını gözləyirik", - baş nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti