...

IGB bütün Cənub-Şərqi Avropa regionu üçün təbii qazın təhlükəsiz tədarükünü təmin edəcək – İcraçı direktor

Energetika Materials 8 İyul 2022 15:51 (UTC +04:00)
IGB bütün Cənub-Şərqi Avropa regionu üçün təbii qazın təhlükəsiz tədarükünü təmin edəcək – İcraçı direktor
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) işə salınması təkcə Yunanıstan və Bolqarıstan deyil, bütün Cənub-Şərqi Avropa regionu üçün təbii qazın təhlükəsiz tədarükünü təmin edəcək.

Trend-in məlumatına görə, bunu ICGB AD-nin Bolqarıstandan olan icraçı direktoru Teodora Georgiyeva deyib.

"Bizim Qərbi Balkanlara qaz tədarük etməyə, Moldova və Ukraynaya tədarükü təmin etməyə imkanımız var. Bu gün biz regionumuzun enerji sisteminin inkişafında vacib mərhələnin başa çatmasını qeyd edirik. IGB-nin tikintisinin başa çatması bir sıra problem və əngəllərə baxmayaraq, mümkün oldu. Biz bu problemləri ICGB komandasının, şirkət səhmdarlarının birgə səyləri, Yunanıstan və Bolqarıstan hökumətlərinin siyasi iradəsi və Aİ-nin qeyd-şərtsiz dəstəyi sayəsində aradan qaldırdıq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti