...

ABŞ hesab edir ki, OPEK neft hasilatını artıra bilər

Energetika Materials 12 İyul 2022 01:12 (UTC +04:00)
ABŞ hesab edir ki, OPEK neft hasilatını artıra bilər

Bakı. Trend:

ABŞ hakimiyyəti hesab edir ki, OPEK neft hasilatını artırmaq üçün əlavə addımlar ata bilər.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün brifinq zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Birincisi, artıq OPEK-in iyul və avqust aylarında neft hasilatını artırmaq baxımından əhəmiyyətli addım atdığını gördük. Bu, müsbət addım idi, biz bunu alqışladıq", - deyə C.Sallivan ABŞ prezidenti Co Baydenin yaxın zamanda baş tutuacaq Yaxın Şərq turnesi zamanı hasilatı artırmaq üçün region ölkələrinə təzyiq edib etməyəcəyindən danışırkən bildirib.

"Hazırda deyəcək bir şey yoxdur, çünki bu cür müzakirələr bağlı qapılar arxasında aparılmalıdır. Ancaq inanırıq ki, atılacaq əlavə addımlar üçün imkanlar var. Bunun necə olacağına baxacağıq" - deyə C.Sallivan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti