...

IGB-nin layihə şirkəti müstəqil qaz nəqli operatoru qismində sertifikatlaşdırılıb

Energetika Materials 15 İyul 2022 20:11 (UTC +04:00)
IGB-nin layihə şirkəti müstəqil qaz nəqli operatoru qismində sertifikatlaşdırılıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) layihə şirkəti ICGB AD qaz nəqli üzrə müstəqil operator qismində sertifikatlaşdırılıb.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, sertifikatlaşdırma qərarı Bolqarıstanın və Yunanıstanın milli enerji tənzimləyiciləri EWRC və RAE qurumlarının rəhbəri Stanislav Todorov və Afanasios Daqumas tərəfindən təqdim olunub.

Sertifikatlaşdırma proseduru uğurla başa çatdıqdan sonra ICGB Bolqarıstanda qaz nəqli üzrə ikinci müstəqil operatoru olacaq. İki qurumun yekun birgə qərarı ilə IGB-nin kommersiya istismarına verilməsi üçün bütün tənzimləyici tələblər yerinə yetirilmiş hesab olunur.

Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti