...

Avropaya enerji resurslarının tədarükünün artırılması Azərbaycanın gündəliyindədir - Kənan Nəcəfov

Energetika Materials 18 İyul 2022 11:26 (UTC +04:00)
Avropaya enerji resurslarının tədarükünün artırılması Azərbaycanın gündəliyindədir - Kənan Nəcəfov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın enerji sektoruna xarici investorları cəlb etmək lazımdır.

Trend -in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Kənan Nəcəfov ADA Universitetində 16-cı Bakı Yay Enerji Məktəbinin açılışında deyib.

"Bizim enerji siyasətimizin mühüm istiqamətləri daha çox investor cəlb etmək və təbii ki, bərpa olunan enerji mənbələrinin inkişafıdır", - K.Nəcəfov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın gündəliyinə Avropaya enerji resurslarının tədarükünün artırılması məsələsi daxildir.

O qeyd edib ki, Azərbaycan artıq enerji resurslarının etibarlı təchizatçısıdır və bu sahədə böyük perspektivlər var.

Qeyd edək ki, 16-cı Bakı Yay Enerji Məktəbi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun dəstəyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp Azerbaijan, Kolin, Masdar və "TotalEnergies" şirkətlərinin tərəfdaşlığı ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti