...

AÇG-də yeni platformanın tikintisi üzrə işlər 75 faiz tamamlanıb - bp

Energetika Materials 4 Avqust 2022 13:32 (UTC +04:00)
AÇG-də yeni platformanın tikintisi üzrə işlər 75 faiz tamamlanıb - bp

Trend-i buradan izləyin

Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-c il ikinci rübün sonuna "Mərkəzi Azəri" və "Şərqi Azəri" (ACE) layihəsi üzrə işlər ümumilikdə 75 faiz tamamlanmışdı.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

"ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Qazma modullarının üst tikililər blokunun üzərinə qaldırılması və yerləşdirilməsi təhlükəsiz və səmərəli şəkildə yerinə yetirilib. Üst modulları borularının yığılması və hidrosınağı qrafikə uyğun irəliləyib. Üst tikililərin və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə davam edib. ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında aparılan modifikasiya tikinti işləri davam edib", - məlumatda deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti