Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 26-da 89,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 89,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,76 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 84,63 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel azdır.