...

Füzuli Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzinin 2 aya istifadəyə verilməsi nəzərdə tutulur

Energetika Materials 7 Oktyabr 2022 11:27 (UTC +04:00)
Füzuli Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzinin 2 aya istifadəyə verilməsi nəzərdə tutulur
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzinin 2 aya istifadəyə verilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündə olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

Qurum rəsmisinin sözlərinə görə, bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasına imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti