Füzuli. Trend:
Hazırda inşası davam edən Füzuli Rəqəmsal Stansiyası yaxın gələcəkdə bölgəyə köçürülməsi nəzərdə tutulan əhalinin elektrik enerjisi ilə təminatını artıqlaması ilə ödəməyə kifayət edəcək.
Trend-in məlumatına görə, bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə jurnalistlərə açıqlamasında bildirib.
A.Məmmədzadə qeyd edib ki, əgər ehtiyac yaranarsa, yeni yarımstansiyalar da tikiləcək.
Qurum rəsmisinin sözlərinə görə, yarımstansiyanın fərqi ondan ibarətdir ki, burada əməliyyat çevikliyi çox yüksəkdir, istənilən məlumat rəqəmsal formatda alınır.