...

Azərbaycanda təbii qaz hasilatı artıb

Energetika Materials 16 Noyabr 2022 14:51 (UTC +04:00)
Azərbaycanda təbii qaz hasilatı artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda təbii qaz hasilatı 38,449 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 28,689 milyard kubmetr təşkil edib.

Trend bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 7,5 və 8,6 faiz artıb.

Hesabat dövründə neft və qaz kondensatının hasilatı 27,238 milyon tona bərabər olub ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,4 faiz azalıb. Əmtəə neftinin hasilatı 27,162 milyon ton təşkil edib və 5,5 faiz azalıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda təbii qaz hasilatı 43,86 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 32,57 milyard kubmetr, neft və qaz kondensatının hasilatı 34,58 milyon ton, əmtəə neftinin hasilatı 34,51 milyon ton təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti