...

2022-ci ildə Energetika Nazirliyi və tabeli qurumlara 6733 müraciət daxil olub

Energetika Materials 18 Yanvar 2023 10:38 (UTC +04:00)

Bakı. Trend:

2022-ci il ərzində Energetika Nazirliyi və tabeli qurumlara 6733 vətəndaş müraciəti daxil olub.

Müraciətlərdən 5740-ı müvafiq qaydada icra olunub, 392-si icradadır. 601 müraciət isə məlumat xarakterlidir.

Müraciətlər əsasən elektrik enerjisi və təbii qaz təchizatı, elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının vəziyyəti, borc və cərimələr, sayğaclaşma, bərpa olunan enerji, icazələr, işlə təminat, təşəkkür və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 254 vətəndaş qəbul edilib və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti