...

Neft cüzi ucuzlaşıb

Energetika Materials 10 Fevral 2023 14:36 (UTC +04:00)
Neft cüzi ucuzlaşıb

Bakı. Trend:

Dünyada neftin qiyməti bu gün səhər cüzi ucuzlaşıb. Eyni zamanda, həftənin əvvəlindən başlayaraq tələbatın bərpa olunması hesabına qiymətlərdə artım müşahidə oluna bilər.

Trend-in məlumatına görə, sövdələşmə məlumatları və analitik şərhlər bundan xəbər verir.

Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,24% azalaraq 1 bareli 84,3 dollara, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,37 % azalaraq 1 bareli 77,77 dollara çatıb.

Bununla belə, həftənin əvvəlindən başlayaraq əsasən Çindən tələbatın bərpasına dair gözləntilərlə qiymətlərdə təqribən 5% artım müşahidə oluna bilər. Çin böyük neft idxalçısıdır və COVID-19-la bağlı karantin tədbirləri yüngülləşdirildikdən sonra qlobal neft satınalmalarının perspektivində daha müsbət proqnozlar əks olunmaqdadır.

"Bazarda tələbatın bərpa olunduğu müşahidə edilir. Resessiya riski zəifləsə, neft bahalaşmağa davam edəcək", - CITIC Futures Co. analitiki Quy Çensi Bloomberg agentliyinə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti