...

Cəbrayıl Qovşaq yarımstaniyasında işlər yekunlaşmaq üzrədir (FOTO)

Energetika Materials 27 Fevral 2023 12:58 (UTC +04:00)
Cəbrayıl Qovşaq yarımstaniyasında işlər yekunlaşmaq üzrədir (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Cəbrayıl. Trend:

2022-ci ilin may ayında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakıyla Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstaniyasında işlər davam edir və yekunlamaq mərhələsinə daxil olub.

Trend-in Cəbrayıla ezam olunmuş müxbirinin məlumatına görə, 9 ay keçməsinə baxmayaraq Qarabağ və Şərqi Zəngəzurda tikilən ən böyük 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstansiyasında “AzərEnerji” tərəfindən böyük həcmdə torpaq, tikinti, quraşdırma işləri olmaqla yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kV-luq Açıq Paylayıcı qurğular, Rəqmsal İdarəetmə Mərkəzi tikilib. Beləliklə, az müddətdə çox böyük işlər həyata keçirilib və beləliklə işlərin 80 faizdən çoxu görülüb. İşlərin may ayına qədər başa çatdırılması nəzərdə tutulub.

Paralel olaraq Ağcəbədi yarımstansiyasından Cəbrayıla 132 km məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xəttinin çəkilməsi işləri həyata keçirilib və işlərin böyük hissəsi görülüb.

Eyni zamanda Cəbrayıl Enerji Qovşağını qidalandıracaq əsas yarımstansiyalardan biri olan 330 kilovoltluq “Ağcabədi” yarımstansiyasının tam yenidən qurulmasına başlanılıb və burda da işlər tamamlanmaqdadır.

Həmçinin “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən 110 kilovoltluq yarımstansiyaları əlavə mənbədən qidalandırmaq üçün 330 kilovoltluq Cəbrayıl Qovşaq Yarımstansiyası ilə 110 kilovoltluq Qubadlı yarımstaniyası arasında 12 km məsafədə 110 kilovoltluq ötürmə xəttinin çəkilməsi prosesi də yekunlaşmaqdadır.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin etmək, yaradılan meqa layihələrin tələbatını qarşılamaq, Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları ordan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan MR-nı Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, «Xudafərin» və «Qız Qalası» Su Elektrik Stansiyalarında, o cümlədən Alternativ və Bərpa olunan Enerji Mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerjisisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti