...

Cəbrayıl yarımstansiyası Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik təchizatını təmin edəcək

Energetika Materials 27 Fevral 2023 13:16 (UTC +04:00)
Cəbrayıl yarımstansiyası Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik təchizatını təmin edəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Cəbrayıl. Trend:

330 kV-luq Cəbrayıl Qovşaq yarımstansiyası Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin edəcək.

Trend-in Cəbrayıla ezam olunmuş müxbirinin məlumatına görə, stansiya yaradılan meqa layihələrin tələbatını qarşılamaq, Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları ordan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq imkanı verəcək.

Bundan başqa uzun illərdən sonra Naxçıvan MR-nı Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, «Xudafərin» və «Qız Qalası» Su Elektrik Stansiyalarında, o cümlədən Alternativ və Bərpa olunan Enerji Mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerjisisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.

Qeyd edək ki, Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstaniyasında işlər davam edir və yekunlaşmaq mərhələsinə daxil olub. İşlərin may ayına qədər başa çatdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti