...

Naxçıvanda təmiz enerji istehsal edəcək iki elektrik stansiyası inşa olunur

Energetika Materials 3 Aprel 2023 12:12 (UTC +04:00)
Naxçıvanda təmiz enerji istehsal edəcək iki elektrik stansiyası inşa olunur
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Naxçıvan MR-da təmiz enerji istehsal edəcək iki elektrik stansiyası inşa olunmaqdadır.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunun kuluarlarında deyib.

"Naxçıvanda müəyyən illərdə elektrik enerjisinin istehsalında ənənəvi enerjidən daha çox təmiz enerjidən istifadə olunur və bu göstərici bəzən enerji istehsalının ümumi həcminin 50 faizini keçə bilir. Naxçıvan MR-in digər bir xüsusiyyəti Türkiyə bazarına birbaşa çıxışının olmasıdır", - o deyib.

E.Soltanov Naxçıvanın iri enerji layihələrinin reallaşdırılacağı məkan olacağına əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti