...

Neft-qaz şirkətlərinin maliyyə nəticələrinin gözləntiləri fonunda neft bahalaşır

Energetika Materials 28 Aprel 2023 12:39 (UTC +04:00)

Bakı. Trend:

Cümə günü səhər dünyada neft qiymətləri bahalaşmaqdadır, bu müddətdə investorlar bir sıra iri neft şirkətlərinin hesabatlarının dərc olunmasını gözləyirlər.

Trend sövdələşmə məlumatları və analitik şərhlərə istinadən xəbər verir ki, Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,77% artaraq bir bareli 78,82 dollara, WTI markalı neftin qiyməti 0,66%, artaraq 75,25 dollara çatıb.

"Qarışıq iqtisadi siqnallar fonunda iki günlük intensiv satışlardan sonra artım yenidən başlayıb. Bu gün diqqət mərkəzində neft şirkətlərinin gəlirləri olacaq", - "Saxo Capital Markets"in bazar strategi Çaru Çanana Bloomberg agentliyinə deyib.

Cümə günü OMV (Avstriya), Eni (İtaliya), Chevron və ExxonMobil (ABŞ) kimi iri neft-qaz şirkətlərinin hesabatları dərc olunacaq.

İnvestorlar həmçinin ABŞ-nin cümə axşamı dərc olunan makroiqtisadi statistikasını qiymətləndirirlər. Belə ki, birinci qiymətləndirməyə əsasən, ABŞ-nin ÜDM-i illik hesablamada birinci rüb ərzində 1,1% artıb (dörd rübün ÜDM-i ardıcıl bu sürətlə artıbsa), halbuki analitiklər ÜDM-in illik hesablamada 2% artmasını gözləyirdilər. İqtisadi artım sürətin ləngiməsi ABŞ-nin Federal Ehtiyatlar Sisteminin 2-3 may tarixlərində keçiriləcək sessiyasında uçot dərəcəsini qaldırmaqdan çəkinmə şansını artıra bilər.

Neft bazarı həmçinin bir sıra statistikaların dərc olunmasını gözləyir ki, bunların arasında Avropa zonasında ÜDM-in artması, həmçinin ev təsərrüfatlarının ABŞ iqtisadiyyatına etimad dərəcəsini əks etdirən, Miçiqan Universiteti (Michigan Consumer Sentiment Index) tərəfindən istehlakçı əhvalının cari indeksinin yekun qiymətləndirilməsi əsas yer tutur. Ekspertlər aprel ayında göstəricinin yüksələrək əvvəlki 62 bənddən 63,5-ci bəndə çatdığını ehtimal edirlər ki, ilkin qiymətləndirmə də bunu göstərib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti