...

ABŞ FES-in iclası öncəsi neft qiymətləri stabildir

Energetika Materials 2 May 2023 10:49 (UTC +04:00)
ABŞ FES-in iclası öncəsi neft qiymətləri stabildir

Bakı. Trend:

Çərşənbə axşamı səhər saatlarında ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcələri ilə bağlı qərarı gözlənilərkən dünyada neft qiymətləri stabildir. Tənzimləyici qərarını çərşənbə günü açıqlayacaq.

Trend çərşənbə günü xəbər verir ki, sövdələşmə məlumatları bunu təsdiqləyir.

Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir bareli 79,31 dollar səviyyəsində dəyişməz olaraq qalır, WTI markalı neftin qiyməti 0,04%, artaraq 75,7 dollara çatıb.

FES-in uçot dərəcəsi ilə bağlı iclası 2-3 may tarixlərində baş tutacaq, qərarı çərşənbə günü açıqlanacaq. "СME Group"un məlumatlarına əsasən, sorğu keçirilən analitiklərin 95%-dən çoxu faiz dərəcəsinin növbəti dəfə 25 bazis bəndi artaraq 5,25%-ə çatacağını proqnozlaşdırır. Digərləri faiz dərəcəsinin cari səviyyədə qalacağını gözləyirlər.

İnvestorlar həmçinin bu həftə bir sıra makroiqtisadi statistikanın dərc olunacağını gözləyirlər. Çərşənbə axşamı Avrozonanın sənaye sektorunda işgüzar fəaliyyət indeksinin yekun qiymətləndirməsi çıxacaq, aprel ayında göstəricinin öncəki aydakı 47,3 bənddən 45,5 bəndə düşəcəyi gözlənilir. Çərşənbə günü isə ABŞ Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları üzrə rəsmi statistikanı açıqlayacaq. Analitiklər 28 aprelədək olan həftə ərzində ehtiyatların həcminin 1 milyon barel azaldığını proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti