...

Dünyada neft qiymətləri təqribən bir faiz bahalaşıb

Energetika Materials 5 May 2023 12:37 (UTC +04:00)
Dünyada neft qiymətləri təqribən bir faiz bahalaşıb

Bakı. Trend:

Cümə günü səhər dünyada neft qiymətləri təqribən bir faiz artıb. Bu, investorların bu ilin davamında neft təkliflərində çatışmazlıq ehtimalını qiymətləndirmələri ilə bağlıdır.

Trend cümə günü xəbər verir ki, sövdələşmə məlumatları və analitik şərhləri bunu təsdiqləyir.

Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,95% bahalaşaraq bir bareli 73,19 dollara, WTI markalı neftin qiyməti 0,89%, artaraq 69,17 dollara çatıb.

"Hazırda əhval-ruhiyyə mənfi olsa da, bazar həddindən artıq satış zonasındadır, lakin balans məlumatlarımız hələ də ilin ikinci yarısında defisit olacağını göstərir ki, bu da qiymətlərin yüksəlməsinə kömək etməlidir.

Hazırda əhval-ruhiyyə mənfi olsa da, bazar həddindən artıq satılan ərazidədir, lakin bizim balansımız əvvəlki kimi ilin ikinci yarısında defisit olacağını göstərir ki, bu da qiymətlərin artmasına səbəb olmalıdır", - "ING Group NV"nin Sinqapurdakı xammal strategiyası şöbəsinin rəhbəri Varren Patterson "Bloomberg" agentliyinə deyib.

Müsbət əhval-ruhiyyəyə həmçinin ABŞ-nin makrostatistikası da səbəb ola bilər. Belə ki, hələ çərçənbə günü ABŞ Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatlarına dair rəsmi məlumatları dərc edib. 28 aprelədək olan həftə ərzində göstərici 1,28 milyard barel azalıb, halbuki investorlar yalnız 1,1 milyard barel azalma gözləyirdilər. Bu həmçinin neft ehtiyatlarının böyük dərəcədə azaldığı ardıcıl üçüncü həftədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti