Bakı. Trend:
2023-cü ilin mart ayında Azərbaycan Avropaya 611,8 milyon kubmetr təbii qaz tədarük edib.
Bu barədə Trend-ə Avropa İttifaqının Statistika İdarəsi oln Eurostat-dan məlumat verilib.
Eurostat-ın məlumatına görə, hesabat dövründə ixracın dəyəri 595988162 avro olub
Qeyd edək ki, 2023-cü ilin birinci rübündə Azərbaycanda qaz hasilatı üç faiz artaraq 12,2 milyard kubmetrə çatıb. Ölkə təbii qazın yarıdan çoxunu, yaxud 6,5 milyard kubmetrini xarici bazarlara ixrac edib.
2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan Avropaya (2,9 milyard kubmetr), Türkiyəyə (2,7 milyard kubmetr) və Gürcüstana (0,9 milyard kubmetr) təbii qaz ixrac edib. Hesabat dövründə Trans-Anadolu qaz boru kəməri ilə Türkiyəyə 1,4 milyard kubmetr qaz ixrac olunub.
Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Ölkə bu il Avropyaa 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Twitter: @Lyaman_Zeyn