Bakı. Trend:
2022-ci ildə Azərbaycan iqtisadiyyata 6,3 milyard dollar dəyərində birbaşa xarici investisiyalar cəlb edib.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ökəmizin digər ölkələrin iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 0,2 milyard dollar olub.
Birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 71 faiz olub.
2022-ci ildə Azərbaycanın ödəniş balansında neft-qaz sektoruna birbaşa xarici investisiyalar üzrə xalis maliyyə öhdəliklərinin azalması neft-qaz sektoruna cəlb edilmiş investisiyalarla (təqribən 4,442 milyard dollar) bu sektora 11,168 milyon dollar dəyərində repatriasiya (digər dövlətlərdən pul vəsaitlərinin yerli hesablara geri qaytarılması) arasındakı fərq hesabına formalaşıb.
Birbaşa xarici investisiyaların mənfi saldosu 6,1 milyard dollar olub.